Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Müasir, Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr edilmiş konfrans keçirildi.

20 sentyabr 2023 | 15:14

20 sentyabr 2023-cü il tarixində Xızı rayonunda Müasir, Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr edilmiş konfrans keçirildi.
Konfransda Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elnarə xanım Akimova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə xanım Quliyeva, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Abşeron-Xızı regionu üzrə məsul işçisi Orxan Bayramov və Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev və partiya fəalları iştirak edirdilər.
Konfrans iştirakçıları əvvəlcə Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzdülər.
Sonra konfrans işini Heydər Əliyev Mərkəzində davam etdirdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi və Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu. Bir qrup partiya fəalı Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildi.

Keçidlər