Xızı rayonunda “Müstəqilliyin Bərpası gününə” həsr olunan “Tarix yazan əbədiyaşar Lider” adlı tədbir keçirilib.
18 oktyabr 2023-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə 18 oktyabr “Müstəqilliyin Bərpası gününə” həsr olunan “Tarix yazan əbədiyaşar Lider” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-cı illəri həm iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi, həm də elmin, təhsilin, misilsiz tərəqqisi illəri kimi yaddaşlarda qalıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması və inkişaf etdirilməsi yolunda sarsılmaz fəaliyyətindən, onun müdrik siyasəti və dönməz əqidəsindən bəhs edib. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib.
Tədbirdə bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, 1969-1982-ci illəri əhatə edən Azərbaycana rəhbərliyinin birinci dövründə həyatımızın bütün sahələrində aparılmış köklü islahatlar və dəyişikliklərdən, müstəqilliyimizin bərpasından, Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən geniş çıxışlar dinlənilib.
Sonda Ümummilli Liderin əvəzsiz xidmətlərindən bəhs edən geniş video-slayd nümayiş etdirilib.