Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Müstəqilliyin bərpasına gedən yol-Gözümün nuru Vətən” adlı tədbir təşkil olunub.

18 oktyabr 2024 | 15:24

18 oktyabr 2024-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin bərpası günü və Xızı rayon sakini, hər iki gözünü vətənə qurban verən qazi Kamran Baxşizadənin 30 illik yubleyi münasibətilə “Müstəqilliyin bərpasına gedən yol-Gözümün nuru Vətən” adlı tədbir təşkil olunub.

    Xızı Rayon Heydər Əliyev Mərkəzinin akt zalında təşkil olunan tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı rayon Təşkilatının, rayonun idarə müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, müharibə veteranları, rayon ziyalıları və gənclər iştirak edib.

      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov  öz çıxışında qazi Kamran Baxşizadəni 30 illik yubleyi və Müstəqilliyimizin bərpası günü münasibətilə təbrik edərək Azərbaycanın  Xalq Cümhuriyyəti dönəmindən bu günə qədər keçdiyi əzab-əziyyətli günlərini vurğulayıb, bu günün reallıqlarını qeyd etdi. Daha sonra Vətən savaşının gərgin və həyacanlı keçməsindən,  Azərbaycan oğullarının döyüş meydanında qanı, canı bahasına göstərdikləri şücaət və mərdliklərindən və bu gün onların sayəsində 3 rəngli bayrağımızın Qarabağ torpağında qürurla dalğalanmasından bəhs etdi.

   Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev  27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən vətən müharibəsində iki gözünü  vətən uğrunda fəda edən qazi Kamran Baxşizadəni 30 illik yubleyi münasibətilə təbrik etdi.

   Tədbirdə çıxış edənlər şanlı müstəqillik tariximizdən bəhs etdilər və qazi Kamran Baxşizadəni 30 illik yubleyi münasibətilə təbrik etdilər.

 

   Sonra “Gözümün nuru Vətən” filmi izlənildi. Tədbir bədii hissə ilə yekunlaşdı.

 

Keçidlər