Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Narkomaniya, erkən nikah və onların fəsadları” adlı tədbir təşkil olunub

17 aprel 2024 | 16:43

17 aprel 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Xızı Rayon Polis Şöbəsi və Abşeron-Xızı regional Gənclər və İdman İdarəsinin nümayəndələrinin iştirakı ilə Xızı rayonu Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində “Narkomaniya, erkən nikah və onların fəsadları” adlı tədbir təşkil olunub. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Xızı Rayon Polis Şöbəsinin, Abşeron-Xızı regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Xızı rayonu Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov  narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən, erkən nikah və onun törətdiyi fəsadlardan söz açıb. Müasir dövrümüzdə cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən olan narkomaniya və erkən nikah faktlarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən, Xızı rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyi və təbliğat işlərinin genişləndirildiyi qeyd edib.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkotizmin və gənclər arasında erkən nikahın fəsadları, ona qarşı mübarizə üsulları, xüsusilə valideyn və müəllimlərin gənc nəslin tərbiyəsində və mariflənməsində önəmli rolu, gənclərin idmana və faydalı vərdişlərə yönəldilməsinin, hüquq-mühafizə orqanlarının bu mübarizədə iştirakının əhəmiyyətindən bəhs edən geniş çıxışlar dinlənilib.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş edilib.

Keçidlər