Xızı rayonunda Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı tədbir keçirildi.
20 avqust 2024-cü il tarixində “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Abşeron-Xızı Regional gənclər və idman idarəsinin dəstəyi ilə Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov qeyd etdi ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya insan həyatında fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür.
Daha sonra təşkliatın icraçı direktoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniya, onun yayılma səbəblərindən və fəsadlarından , toplantıda iştirak edən “Sağlam həyata doğru” İB-nin sədri, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı sektorunun əməkdaşı Abdulla Abbasov rayonda bu sahədə gənclərlə müntəzəm maarifləndirici söhbətlərdən bəhs etdilər.
Xızı Rayon Mərkəzi Xəstəxanası phş-nin həkim-terapevti Murad Qəhrəmanov narkomaniyanın insanlara gətirdiyi xəstəliklərdən danışıb və ondan qurtulmağın çətin bir proses olduğunu bildirib.
Tədbir çay süfrəsi ətrafında səmimi müzakirədən sonra başa çatıb.