Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Narkomanlığa birlikdə yox deyək” adlı tədbir keçirilib.

23 iyun 2023 | 14:29

23 iyun 2023-cü il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində “26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin, Xızı Rayon Polis Şöbəsinin və Xızı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomanlığa birlikdə yox deyək” adlı tədbir təşkil olunub. Tədbirdə Xızı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov, Xızı Rayon Polis Şöbəsinin rəis müavini Rauf Kazımov, Xızı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elyanar Hüseynov, Abşeron Xızı Regional Təhsil İdarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, rayon gəncləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov  narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıb. O, müasir dövrümüzdə cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biri olan narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən Xızı rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini qeyd edib.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyanın fəsadları və ona qarşı mübarizə üsullarından, xüsusilə valideyn və müəllimlərin gənc nəslin tərbiyəsində önəmli rolundan, gənclərin idmana və faydalı vərdişlərə yönəldilməsinin, hüquq-mühafizə orqanlarının bu mübarizədə iştirakının əhəmiyyətindən bəhs edən geniş çıxışlar dinlənilib.

Tədbirdə bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilmiş narkomaniyanın insan həyatı üçün yaratdığı ağır fəsadlardan bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Keçidlər