Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib.

18 mart 2023 | 15:48

Xızı rayon İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayonu üzrə nümayəndəliyin təşkilatçılığı ilə Novruz bayramı münasibətiylə “Elimizin, obamızın əziz bayramı” adlı tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Vətənimiz uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin bədii hissəsində isə Xızı rayon Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət “Xızı dağları” ansamblının müşaiyəti ilə müğənnilərin bir-birindən maraqlı, sazlı-sözlü, bayramsayağı mahnıları, məktəblilərin bayram əhval-ruhiyyəli şeirləri, “Çərşənbə nəğmələri”, “Bənövşə” tamaşaları, Kosa, Keçəl və Bahar qızının tonqalın ətrafında şən, duzlu-məzəli oyunları, rayon sakinlərinin bayram konsertinə qoşularaq rəqs etməsi bütün tamaşaçılar və rayon qonaqları tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin, tədbirdə tariximizin qədim köklərindən süzülüb gələn Novruz bayramının adət-ənənələri – “Yumurta döyüşdürmək”, “tonqaldan atlamaq”, “Kosa-Kosa” oyunu nümayiş etdirilib. Tarixi məişət əşyalarından, Novruz atributları olan şiriniyyat xonçalarından ibarət sərgi maraqla qarşılanıb.

Keçidlər