Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Novruz” bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir.

19 mart 2025 | 14:06

19 mart 2025-ci il tarixdə Xızı rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak etmişdir.

Novruz Bayramı xalqımızın baharın gəlişi, təbiətin canlanması, bərəkət, bərabərlik və əmin amanlıq rəmzi olan qədim bayramıdır. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Bu bayram təkcə təbiətin oyanışı deyil, həm də insan ruhunun yenilənməsi, mehribanlıq və birlik rəmzidir.

Bayram şənliyi Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov tərəfindən bayram tonqalının yandırılması ilə başlandı. Tədbirdə iştirak edən qonaqlara xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələr, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələri təqdim olundu. Novruz bayramının personajları olan Kosa və Keçəl, Bahar qızı  maraqlı çıxışları ilə tədbirdə xoş ovqat yaratdılar.

Keçidlər