Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Novruz bayramı tədbiri keçirilib.

19 mart 2024 | 13:14

Xızı rayon İcra Hakimiyyətinin dəstəyi, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayonu üzrə nümayəndəliyin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimiz uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin bədii hissəsində isə Xızı rayon Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət “Xızı dağları” ansamblının müşaiyəti ilə müğənnilərin bir-birindən maraqlı, sazlı-sözlü, bayramsayağı mahnıları, məktəblilərin bayram əhval-ruhiyyəli şeirləri, “Çərşənbə nəğmələri”, “Bənövşə” tamaşaları, Kosa, Keçəl və Bahar qızının tonqalın ətrafında şən, duzlu-məzəli oyunları bütün tamaşaçılar və rayon qonaqları tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin, tədbirdə tariximizin qədim köklərindən süzülüb gələn Novruz bayramının adət-ənənələri – “Yumurta döyüşdürmək”, “tonqaldan atlamaq”, “Kosa-Kosa” oyunu nümayiş etdirilib. Tarixi məişət əşyalarından, Novruz atributları olan şiriniyyat xonçalarından ibarət sərgi maraqla qarşılanıb.

Keçidlər