Xızı rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış keçirilib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində Xızı rayon sakinləri – şəhid anası Verdiyeva Səyyarə Mirzəbala qızı və Məmmədov Əfqan Əliyar oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
S.Verdiyeva və Ə.Məmmədov özünüməşğulluq proqramı əsasında verilmiş aktivlər hesabına maldarlıq üzrə təsərrüfatlarını qurublar.
Onlar işsiz şəxslərə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, təsərrüfatlarını genişləndirmək üçün səylə çalışdıqlarını bildiriblər.
Xızı rayonunda 209 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.