Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı Rayonunda qanvermə aksiyası təşkil olunub.

02 sentyabr 2025 | 16:32

02.09.2025-ci il tarixində Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə yardım məqsədi ilə Xızı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Xızı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə Respublika Qan Bankının xüsusi həkim briqadası tərəfindən müayinədən keçirilib, sağlamlıq vəziyyəti imkan verən şəxslərdən qan götürülüb.

Keçidlər