Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Qisası alınmış Xocalı” adlı tədbir təşkil olunmuşdur.

24 fevral 2023 | 12:10

      24.02.2023-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyəti və YAP Xızı rayon təşkilatının birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Xızı rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin  müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümü münasibəti ilə “Qisası alınmış Xocalı” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Xocalı faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Dəyirmi masa ətrafında Xocalı soyqırımının həqiqətləri, xalqımıza qarşı yönəldilmiş qəddar və qeyri-insani vəhşilik aktı haqqında geniş çıxışlar dinlənilmiş, mövzuya dair video-slayd nümayiş olunmuşdur. Sonda məktəb şagirdlərinin hazırladığı səhnəcik və şeirlərdən ibarət kompozisiya təqdim edilmişdir.

Keçidlər