Xızı rayonunda Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib.
12 mart 2026 | 21:10
12 mart 2026-cı il tarixində Xızı rayonunda Xızı Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib.
Mərasimdə şəhid ailə üzvləri, aztəminatlı ailələr rayon ictimaiyyətinin nümayəndələri və Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edib.
Bildirilib ki, müqəddəs Ramazan ayının mənəvi dəyərlərini əks etdirən belə xeyirxah tədbirlərin keçirilməsi cəmiyyətimizdə həmrəyliyin və birlik ruhunun daha da güclənməsinə xidmət edir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin apardığı sosial siyasətin əsas istiqamətlərindən biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunmasının da bariz nümunəsidir.






