Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Sağlam ailə möhkəm cəmiyyətin təməlidir” adlı maarifləndirici tədbir təşkil olunmuşdur.

02 may 2024 | 12:06

02 may 2024-cü il tarixində, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin dəstəyi, Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin konfrans zalında  15 may Beynəlxalq Ailə Günü münasibətilə “Sağlam ailə möhkəm cəmiyyətin təməlidir” adlı maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Xızı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin əməkdaşları, Xızı rayonu R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tünzalə İmranova qlobal proseslər fonunda ciddi zərər görən ailə institutunun daha da möhkəmləndirilməsi, cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinə, ailə ənənələrinə və milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ edilməsi, ailələrin asudə vaxtının səmərəli təşkil edilməsinin vacibliyindən bəhs etmişdir. R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin direktoru Fazil Məmmədov çıxışında ekoloji tərbiyənin təməlinin ailədə qoyulduğunu qeyd edərək, uşaqlarda təbiətə qarşı məsuliyyət hissi formalaşdırmağın, heyvanların, bitkilərin və digər canlıların qayğısına qalmağı öyrətməyin valideynlərin mühüm vəzifələrindən biri olduğunu vurğulamışdır.

Tədbirdə slayd üzərində milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzi, ekoloji düşüncənin əhəmiyyətindən bəhs edən  geniş məruzələr dinlənilmişdir.

 

Keçidlər