Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

07 aprel 2026 | 10:51
Aprelin 5-də Xızı rayonuna yağan leysan xarakterli intensiv yağışlar nəticəsində rayonun Giləzi qəsəbəsi və Sitalçay kəndində bir sıra fəsadlar yaranmışdır.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti qurumların rəhbərləri hadisə yerində olaraq mövcud vəziyyətlə yaxından tanış olmuşlar. İcra başçısı zərərçəkmiş sakinlərlə görüş keçirmiş, onların problemlərini dinləmiş və fəsadların operativ şəkildə aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Hazırda ərazidə sel sularının qarşısının alınması, suötürücü kanalların təmizlənməsi, zədələnmiş infrastrukturun bərpası və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində kompleks işlər görülür.
Keçidlər