Xızı rayonunda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifəndirici tədbir keçirilmişdir.
12 iyun 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xızı rayonu Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il trarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə Həmrəylik ili”nin Tədbirlər Planının icrası ilə əlaqədar “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifəndirici tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Xızı Rayon İcra Hakimiyyətinin, aidiyyəti idarə müəssisə və təşkilatların əməkdaşları, Xızı RİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak etmişdir.
Çıxışlarda bildirilib ki, su ehtiyyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının rəhbərliyi ilə son illərdə bununla bağlı ciddi layihələr reallaşdırılmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məsələsi Xızı rayonunda diqqətdə saxlanılır. Bununla yanaşı, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi ilə şəhər sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.
Tədbirin sonunda Xızı rayonunda alternativ su mənbələrinin yaradılmasının vacibliyi vurğulanıb, bununla bağlı bir sıra təkliflər səsləndirilərək, müzakirələr aparılıb.