Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev: Suverenliyimizin memarı” adlı tədbir  keçirilib.

07 may 2025 | 16:31

 Xızı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

07 may 2025-ci il tarixdə  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin,  Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının  və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində  “Heydər Əliyev: Suverenliyimizin memarı” adlı tədbir  keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin YAP Xızı rayon təşkilatının  gənc  partiya fəalları iştirak edib.

      İlk öncə Ulu öndərin adını daşıdığı Mərkəzə ekskursiya təşkil olunaraq, iştirakçılara müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında stendlər üzərində geniş məlumat verilib.   

      Daha sonra tədbirin rəsmi hissəsi Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.  Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirdi ki, dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması əslində heç də təsadüfi deyildi. Çünki məhz Ulu Öndərin anadan olduğu illər artıq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olduqdan sonra süquta uğradığı zamanlar idi.Ümummilli Lider Heydər Əliyev bacarıqlı liderlik, güclü idarəetmə və milli maraqlara sadiqlik nümunəsi göstərərək Azərbaycanın SSRİ daxilində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

    Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdən, eyni zamanda Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərindən,  bütövlükdə Azərbaycan xalqının  azadlıq və müstəqillik arzularının gerçəkləşməsindən bəhs ediblər. 

     Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Keçidlər