Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilmişdir.

17 may 2023 | 16:26

   17 may 2023-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının birgə  təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir təşkil olunub. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla için təşkilatçısı Abdulla Hüseynov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Xızı Rayon Təşkilatının sədr müavini Ümman Rüstəmli, Xızı Rayon Maliyyə Şöbəsinin müdiri İndira Şəmsivari, Xızı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elyanar Hüseynov, Xızı rayonu Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva,Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ziyalılar və gənclər  iştirak edib.  

     Tədbiri giriş sözü ilə açan Xızı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətlərindən, onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın milli-mənəvi dəyərlərinə göstərilən yüksək qayğıdan, Azərbaycan dilinin əhəmiyyətinin artması, milli dövlətçilik düşüncəsinin, təhsilin, mədəniyyətin yüksəlişinin təmin edilməsindən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın müqəddəs mirasıdır və bu mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

       Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasını formalaşdıran, müxtəlif sivilizasiyaların qovşağında Azərbaycanı çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıtdıran Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramından, yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda sarsılmaz fəaliyyəti və misilsiz xidmətlərindən bəhs edən geniş çıxışlar dinlənilib.

     Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən video-slayd nümayiş etdirilib. 

     Sonda, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunmuş foto-sərgiyə baxış keçirilib.

Keçidlər