Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan qadını” adlı tədbir keçirilib.

13 oktyabr 2023 | 16:03

 13 oktyabr 2023-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayonun idarə, müəssisə və təşkilatlarında çalışan fəal qadınların iştirakı  ilə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Qadınlar Qurultayının 25 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan qadını” adlı tədbir təşkil olunub.

    Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, Ümummilli Liderimizin, görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın və torpaqların bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsində Ümummilli Liderin əvəzsiz xidmətlərindən bəhs edən geniş video-slayd nümayiş etdirilib.

    Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyev həm sovet vaxtında, həm də müstəqil Azərbaycan dövləti qurulandan sonra da gender məsələlərinə böyük diqqət ayırıb. Ulu Öndər Heydər Əliyevin qadınlara həmişə diqqət və qayğı göstərdiyini bildirən A.Hüseynov, məhz Ulu Öndərimiz tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə “Qadın Problemləri” üzrə Dövlət Komitəsinin yaradıldığını, 1998-ci ilin sentyabrında isə Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb. Çıxışının sonunda Xızı rayonu üzrə qadınlarla bağlı mühüm statistik göstəriciləri tədbir iştirakçılarınnın diqqətinə çatdıran A.Hüseynov bu sahədə qadınların hər birinə uğurlar və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

      Daha sonra tədbirdə çıxış edənlər- Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tünzalə İmranova, Xızı rayon Sitalçay kənd uşaq bağçasının müdiri Gülnar Məlikova və Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva tarix boyu Ulu Öndərin siyasi qüdrətindən ilham alan Azərbaycan qadınlarının aydın siyasi təfəkküründən, ölkəmizdə gedən quruculuq proseslərinə verdikləri töhfələrdən, onların təhsil, səhiyyə, idman və digər sahələrdəki dolğun fəaliyyətlərindən bəhs edilib. Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin qadın siyasəti amilinin dayandığını bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzundan ,həmçinin, ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətindən danışılıb.

   Tədbirdə həmçinin qadınların rastlaşdıqları dövrün aktual problemləri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib, mövzu ətrafında suallar cavablandırılıb.

Keçidlər