Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Sən Əbədi Zirvəsən” adlı tədbir keçirilmişdir.

10 may 2023 | 17:33

Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  10 may 2023-cü il tarixində Xızı rayonunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Sən Əbədi Zirvəsən” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Millət vəkili Müşfiq Məmmədli, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Rayon ağsaqqallar şurasının sədri Arif Nağıyev, Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xızı Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. O, çıxışında Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasını və  ölkəmizin dünyada layiq olduğu mərtəbəyə məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini diqqətə çatdırıb. Ümumilli Lider Heydər Əliyevin xalqımıza göstərdiyi qayğı nəticəsində ölkədə nikbinlik dövrünün başlandığını vurğulayan Xəzər Aslanov bildirib ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olub. Məhz, Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov diqqətə çatdırıb ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada tanınan, hörmət edilən nadir siyasətçilərdən biri kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

            Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş video-çarx nümayiş etdirilib.

            Sonra, tədbir Heydər Əliyev Parkında təntənəli konsert proqramı ilə davam edib.

         Qeyd edək ki,Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti rayon ictimaiyyəti tərəfindən gün ərzində davam etmişdir.

Keçidlər