Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Milli dövlətçiliyimizin memarı” adlı tədbir keçirilib.

08 may 2024 | 12:34
8 may 2024-cü il tarixində Xızı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Milli dövlətçiliyimizin memarı” adlı tədbir keçirildi. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Millət vəkili Müşfiq Məmmədli, Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri , Yeni Azərbaycan Partiyasının fəal üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş video-çarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs etdi.
Sonra YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Xızı şəhər tam orta məktəbin müəllimi Fatimə Əlizadə çıxış edərək bildirdilər ki , Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olub. Məhz, Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında daim qurucu və xilaskar dövlət xadimi kimi qalacaqdır. Milli lider və xalq məhəbbətini qazanan Ulu Öndər ölkəmizin dünyada layiq olduğu mərtəbəyə məhz uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmişdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu. Bir qrup partiya fəalı Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildi.
 
 
Keçidlər