Xızı rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib.
1989-cu ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikasının ratifikasiya etdiyi uşaq hüquqlarının qorunmasına dair beynəlxalq sənəd - “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsnin 35-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də “Uşaq hüquqları aylığı” elan edilmişdir.
Uşaqların müdafiəsi və inkişafının dövlətin siyasətində mühüm yer tutduğunu nəzərə alaraq, 31 oktyabr 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Xızı rayon Polis şöbəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə M.A.Dadaşzadə adına Şorabad qəsəbə və Yeni Yaşma kənd tam orta məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri, həmçinin məktəblərin pedoqoji heyətinin iştirakı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə uşaq hüquqları barədə geniş məruzələr dinlənilmiş, tədbir iştirakçıları ilə mövzuya dair müzakirələr aparılmış, uşaqları maraqlandıran suallar cavablandırılmışdır.
Məruzələrdə xüsusilə vurğulanmışdır ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı dövlətimizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük dəstək verdiyinə bariz nümunədir. Cari ilin noyabr ayında ölkəmizin nəhəng beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi edəcəyini nəzərə alaraq, iqlim dəyişmələri və onun fəsadlarından təsirlənən əhali qrupu kimi uşaqların hüquqlarının müdafiəsi, onların bu istiqamətdə məlumatlandırılması baxımından müzakirələrdə iştirakı əhəmiyyət kəsb edir.