Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Uşaq hüquqları” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

03 noyabr 2023 | 16:42

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş uşaq hüquqlarının qorunmasına dair ən mükəmməl beynəlxalq sənəd - Uşaq hüquqları haqqında Konvensiyanın qəbul edilməsnin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman)  tərəfindən  hər il olduğu kimi 2023-cü ildə də “Uşaq hüquqları aylığı” elan edilmişdir.

Uşaqların müdafiəsi və inkişafının dövlətin siyasətində mühüm yer tutduğunu nəzərə alaraq, 02-03 noyabr 2023-cü il tarixlərində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Asim Abdullayev adına Altıağac qəsəbə və Fındığan kənd tam orta məktəblərinin  8, 9, 10 və 11-ci sinif şagirdləri və məktəblərin pedoqoji heyətinin iştirakı ilə “Uşaq hüquqları” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə uşaq hüquqları barədə geniş məruzələr dinlənilmiş, mövzuya dair fotoslayd nümayiş etdirilmiş, tədbir iştirakçıları ilə söhbət-disputlar aparılmışdır. Sonda uşaqları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər