Xızı rayonunda xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilmişdir.
25 aprel 2025 | 15:47
25 aprel 2025-ci il tarixində Xızı rayon hərbiləşdirilməmiş ərazi qüvvələri (mülki müdafiə dəstələri) ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilmişdir.
Məşqə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi, Xızı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, rayonun xidmət təşkilatlarının mülki müdafiə qərargahları, hərbiləşdirilməmiş mülki müdafiə dəstələri cəlb edilmişdir.
Məşqin keçirilməsində məqsəd rayonun mülki müdafiə qüvvələrinin aidiyyəti orqanlarla koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşdirilməsi və fövqəladə hadisələr vaxtı birgə işin aparılmasının təşkil edilməsidir.