Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilmişdir.

21 avqust 2026 | 15:38

21 avqust 2026-cı il tarixində Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə nümunəvi xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilmişdir.
Məşqə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi, Xızı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, Mülki müdafiə qərargahı, rayonun xidmət təşkilatlarının mülki müdafiə qərargahları, hərbiləşdirilməmiş mülki müdafiə dəstələri cəlb edilmişdir.
Məşqin keçirilməsində məqsəd rayonun mülki müdafiə qüvvələrinin aidiyyəti orqanlarla koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşdirilməsi və fövqəladə hadisələr vaxtı birgə işin aparılmasının təşkil edilməsidir.

Keçidlər