Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.

23 fevral 2024 | 14:15

  23.02.2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətiinin təşkilatçılığı ilə , YAP Xızı rayon təşkilatının, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin və R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin  müəllim və şagird kollektivinin iştirakı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü münasibəti ilə “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.

İlk öncə tədbir iştirakçıları vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqələik sükütla yad edib və  Dövlət Himni oxunub.

Tədbirdə çıxış edən  Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humnitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov  Xocalı soyqırımının həqiqətlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, bu qanlı faciənin törədilməsində məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Xocalı elə bir yaşayış məskəni idi ki, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində, Ağdam-Şuşa-Xankəndi-Əskəran yolunun üzərində və regionun yeganə hava limanının yaxınlığında yerləşən Xocalı şəhəri nəqliyyat-kommunikasiya baxımdan xüsusi əhəmiyyətə malik idi.    

Daha sonra mövzu ətrafında xalqımıza qarşı yönəldilmiş qəddar və qeyri-insani vəhşilik aktı haqqında geniş çıxışlar dinlənilib. Sonda Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəb şagirdlərinin hazırladığı səhnəcik və şeirlərdən ibarət kompozisiya təqdim edilib.

Keçidlər