Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Xocalı faciəsinin qurbanları yad edildi.

26 fevral 2024 | 15:02

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş verən soyqırım olmuşdur. 32 il bundan öncə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 

1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir. Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bunun nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. O cümlədən, faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

26 fevral 2024-cü il tarixində Xızı rayonunda Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə “Şəhidlər memiorial abidə kompleksi”ni ziyarət edərək Xocalı faciəsinin qurbanlarının xatirəsini yad ediblər. 

Keçidlər