Xızı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “27 sentyabr – Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirilmişdir
25 sentyabr 2024-cü il tarixdə Heydər Əliyev prospektində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “27 sentyabr – Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsi, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.
Xızı rayonunda keçirilmiş aksiyada 300 ədəd həmişəyaşıl tuya və sərv ağacları əkilmiş, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. Ağacəkmə aksiyasında 130 nəfər iştirak etmişdir.