Xızı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızı rayonu ərazisində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin 5 saylı İdarəsinin ərazisində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyasının keçirilməsinə başlanılmışdır.
Tapşırığın icrasının təmin edilməsi məqsədilə 18 oktyabr 2024-cü il tarixində Xızı rayonu ərazisində ağacəkmə kampaniyası keçirilmişdir.Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi- təşkilat məsələləri şöbəsinin 4-cü sektorunun müdiri cənab Habil Əzənmədov və rayonda fəaliyyət göstərən idarə,müəssisə və təşkilatların əməkdaşlarının iştirakı ilə 4 min ədəd müxtəlif cinsli ağaclar əkilmişdir. Aksiya gələcəkdə də davam etdiriləcəkdir.