Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Zərifə Əliyeva – İşıqlı ömrün salnaməsi” adlı tədbir keçirilmişdir.

28 aprel 2023 | 12:58

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən, Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 aprel 2023-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində  “Zərifə Əliyeva – İşıqlı ömrün salnaməsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı Rayon İcra Hakimiyyətinin  məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Bəhdaş Nəbiyev, tibb işçiləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar  iştirak etdi. 

      Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov  Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, əhatəli elmi fəaliyyəti, oftalmologiya elminin inkişafına həsr etdiyi çoxprofilli tədqiqatlar və yazdığı yüzlərlə dəyərli elmi-tədqiqat işləri haqqında məlumat verdi.O, Zərifə Əliyevanın, eyni zamanda, görkəmli ictimai xadim kimi fəaliyyətindən bəhs edərək bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyeva Ulu Öndərin Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsində ona arxa-dayaq olmuş, övladlarını vətənin layiqli övladları və öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirmişdir.

      Bütün keyfiyyətləri ilə əsl Azərbaycan xanımı, görkəmli oftalmoloq , yüksək intellekt və mədəniyyət, dərin bilik və insanpərvərlik timsalı olan Zərifə xanım Əliyevanın həyat yolu, tibb elminin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsinə sərf etdiyi gərgin əmək və tibbin müxtəlif sahələrinə aid yazdığı fundamental əsərlər, dünya şöhrətli alim-oftalmoloq kimi zəngin həyat təcrübəsindən bəhs edən geniş çıxışlar dinlənildi.

     Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən video-slayd nümayiş etdirildi.

Keçidlər