Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib.

13 iyun 2026 | 11:59

13 iyun tarixində Xızı rayonunun ümumtəhsil məktəblərində məzunlar üçün ənənəvi “Son zəng” tədbirləri keçirilib.
Rayonun bütün ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə Xızı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Çıxışlarda qeyd olunub ki, bu gün məktəb həyatının yaddaqalan mərhələsinin başa çatdığı, eyni zamanda gənclərin yeni hədəflərə doğru ilk addımlarını atdıqları mühüm bir gündür.
Məzunlara Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərə sadiq, bilikli, vətənpərvər və layiqli vətəndaşlar kimi formalaşmalarının vacibliyi vurğulanıb, qarşıdan gələn qəbul imtahanlarında onlara uğurlar arzulanıb.
Tədbirlər bədii kompozisiyalar, şeir və musiqi nömrələri ilə davam edib, məktəb illərini əks etdirən maraqlı təqdimatlar nümayiş etdirilib. Sonda məktəblərdə “Son zəng” çalınıb və məzunlar müəllimləri ilə xatirə şəkilləri çəkdiriblər.

Keçidlər