Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı şəhər tam orta məktəbində “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda təlim keçirilmişdir.

01 noyabr 2024 | 14:31

01 noyabr 2024-cü il tarixində Rafiq Ismayilov adına Xızı şəhər tam orta məktəbində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən sosial işçilərin və yerli icma nümayəndələrinin bilik və bacarıqlarını artırmaqla, məişət zorakılığı ilə mübarizədə idiyyatı dövlət qurumları ilə əməkdaşlığı daha da gücləndirmək və məişət zorakılığı hallarının azaldılmasına töhfə vermək məqsədilə “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda təlim keçirilmişdir.

Təlimdə rayonun idarə, müəssisə və təşkilatlarında işləyən qadınlar, sosial işçilər, müəllimlər və tibb sahəsində çalışan mütəxəssislər iştirak etmişdir. Təlim müddəti ərzində Hüquq və İnsan Haqları İnstitutunun İnsan haqları üzrə təlim və ekspertiza şöbəsinin məsul əməkdaşları Heydər Həsən oğlu Əliyev və Məleykə xanım Əlizadə tərəfindən slayd üzərində Azərbaycanda gender bərabərliyi və gender münasibətləri, cəmiyyətimizdə gender rolları və dinamikası, valideynlik və qayğı məsələləri, ev təsərrüfatı daxilində münasibətlərin dinamikası, cinsi və reproduktiv sağlamlıq münasibətləri barədə geniş məlumatlar verilmişdir. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

Keçidlər