Xızı şəhər tam orta məktəbində “Narkomaniya – əsrin bəlası” adlı maarifləndirici tədbir keçirilmişdir.
3 noyabr 2022-ci il tarixində Xızı Rayon İcra Hakimiyyəti, Xızı Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin birgə təşkilatçılığı, Xızı Rayon Polis Şöbəsi və Abşeron – Xız Regional Təhsil İdarəsinin dəstəyi ilə Xızı rayon Heydər Əliyev Mərkəzində Xızı şəhər tam orta məktəbinin 9, 10, 11-ci sinif şagirdləri və müəllim kollektivinin iştirakı ilə narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş “Narkomaniya – əsrin bəlası” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edilmiş, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçıları məlumatlandırılmışdır. Şagirdlərə yüksək təhsil almaları, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərdə çevrilmələri tövsiyə olunmuşdur. Sonda narkomaniya və onun mənfi nəticələrindən bəhs edən video-rolik nümayiş etdirilmişdir.