Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı şəhər tam orta məktəbində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” barədə maarifləndirici tədbirlər keçirilmişdir.

24 oktyabr 2023 | 14:28

    24 oktyabr 2023-cü il tarixində Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində Xızı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin,İnsan hüquqları üzrə müvəkkilin(ombudsman) Şimal regional mərkəzinin, Abşeron-Xızı regional gənclər idman idarəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” barədə maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, İnsan hüquqları üzrə müvəkkilin(ombudsman) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Abşeron-Xızı regional gənclər idman idarəsinin əmədaşı Rauf Rəcəbov və R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin direktoru Fazil Məmmədov iştirak etmişdir.

    Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Abdulla Hüseynov gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları barədə məlumat vermişdir.

    Daha sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev  milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizə baxımından zəruriliyini qeyd edib. Y.Abdullayev əlavə edib ki, keçirilən tədbirlərin əsas məqsədi  gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və  vətənpərvərliyin təbliğ olunmasıdır. 

   Ombudsman aparatının şimal regionunun rəisi Bəhruz Əfəndiyev  uşaq hüquqlarının müdafiəsi, erkən nikahla bağlı mövcud beynəlxalq normalar,milli qanunvericilik aktları, dövlət proqramları barədə şagirdlərə məlumat verib.

   Sonda uşaqları maraqlandıran suallarla bağlı diskussiya aparılıb.

Keçidlər