Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalıya ədalət” mövzusunda tədbir keçirilib.

26 fevral 2025 | 11:31
26 fevral 2025-ci il tarixində Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xızı şəhər tam orta məktəbində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalıya ədalət” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyəti və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
İlk öncə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqiəlik sükütla yad edilib.
Tədbirdə xalqımıza qarşı yönəldilmiş qəddar və qeyri-insani vəhşilik aktı, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması yolunda atılmış addımlar, o cümlədən Xocalıda və digər işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri, “Böyük Qayıdış” haqqında geniş məruzə və çıxışlar dinlənilib.
Sonda “Xocalıya ədalət” kompaniyası çərçivəsində “Böyüməyən uşaqlar” sənədli filmi nümayiş etdirilib.
Keçidlər