Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Xızı rayonunda “Yaşıl Düşüncə” – Gənclər düşərgəsi təşkil edilib.

26 aprel 2024 | 11:24

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 25-26 aprel 2024-cü il tarixində Xızı rayonunda “Yaşıl Düşüncə” – Gənclər düşərgəsi təşkil edilib. Düşərgənin məqsədi Ulu Öndər Heydər Əliyev irsinin və 44 günlük Şanlı Qələbənin təbliği, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrası, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, onların bilik və bacarıqlarının mübadiləsi və asudə vaxtın səmərəli təşkil edilməsidir. İştirakçılar Xızı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi ilə əlaqədar həyat və fəaliyyətini əks etdirən film nümayişi, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması sahəsində mütəxəssislər və eko gənc aktivistlərlə görüş keçirilib, NHN formatında intellektual oyun və tir atıcılığı yarışı təşkil edilib.
Sonda yarışın qaliblərinə diplomlar təqdim olunub.

Keçidlər