Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan Partiyası cəmiyyətin və ölkənin inkişafında aparıcı qüvvədir” adlı tədbir keçirilib.

21 noyabr 2025 | 16:28

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası cəmiyyətin və ölkənin inkişafında aparıcı qüvvədir” adlı tədbir keçirilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Əzizov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, rayonun idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin müavini Arzu Əzizov, Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, YAP-ın ölkəmizin siyasi sistemində müstəsna rol oynadığını bildirmişdir. O qeyd etmişdir ki, Xızı rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr, inkişaf proqramları və əhaliyə göstərilən xidmətlər Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin uğurlu icrasının nəticəsidir. İcra başçısının müavini vurğulamışdır ki, qarşıda duran vəzifələrin icrası üçün birlik və fəaliyyət ardıcıllığı əsas prioritet olaraq qalmaqdadır.
Daha sonra çıxış edənlər YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev,Xızı Rayon İcra Hakimiyyətinin ərazi partiya təşkilatının sədr müavini Tünzalə İmranova, Xızı şəhər tam orta məktəbinin direktoru Zaur Zeynallı Yeni Azərbaycan Partiyasının fəaliyyəti, partiyanın cəmiyyətin müxtəlif sahələrində yaratdığı müsbət dəyişikliklər və inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər. Onlar qeyd ediblər ki, YAP-ın ideya və prinsipləri ölkəmizin təhsil, idarəetmə və ictimai quruculuq prosesində mühüm rol oynayır.
Sonda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənən şəxslərə fəxri fərmanlar və partiyaya yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər