Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan Partiyası: güclü dövlətçilik modelinin siyasi təminatı” adlı tədbir keçirilib.

02 mart 2026 | 16:21

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: güclü dövlətçilik modelinin siyasi təminatı” adlı tədbir keçirilib.
İlk öncə tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov və Qərbi Azərbaycan İcmasının Xızı rayonu üzrə nümayəndəsi Nayim Əliyev partiyanın keçdiyi tarixi yoldan bəhs etdilər, Ulu Öndər Heydər Əliyevin ideyaları və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğur və nailiyyətlərdən söhbət açdılar.
Çıxışlardan sonra YAP Xızı rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olundu.

Keçidlər