Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının İcra Hakimiyyəti ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə və partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinə həsr olunmuş görüş keçirilib.
30 oktyabr 2026 | 16:28
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının İcra Hakimiyyəti ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə və partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinə həsr olunmuş görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xızı rayon İcra Hakimiyyəti Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Ceyhun İsgəndərov tədbiri açaraq iştirakçıları salamlayıb və tədbir barədə məlumat verib.
İlk olaraq çıxış edən YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən bəhs edərək, qurultayda Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin səsləndirdiyi proqram xarakterli çıxışın partiyanın gələcək fəaliyyət istiqamətlərini və qarşıda duran əsas vəzifələri müəyyən etdiyini vurğulayıb. A.Quliyev qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və məsuliyyətinin vacibliyini qeyd edib.
Görüşdə YAP Xızı rayon təşkilatının sədr müavini Ümman Rüstəmli , Xızı rayon İcra Hakimiyyəti İctimai-siyasi məsələlər sektorunun baş məsləhətçisi və ƏPT-nın sədr müavini Tünzalə İmranova və Xızı rayon İcra Hakimiyyəti Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Vüqar Əliyev çıxış ediblər. Çıxışlarda VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələr, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və vətəndaşlarla işin daha da təkmilləşdirilməsi məsələlərinə toxunulub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində ərazi partiya təşkilatlarının rolunun artırılmasının əhəmiyyəti vurğulanıb.






