Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

27 fevral 2023 | 16:18
Fevral ayının 27–si Xızı şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram bildiriblər.
Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev tədbir iştirakçılarını salamlayaraq YAP Xızı rayon təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verərək bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün Cənab Prezident İlham Əliyevin layiqli rəhbərliyi ilə parlaq fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, o cümlədən regionda olan ən böyük siyasi təşkilatlardan biridir. Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2023-cü il “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar YAP Xızı rayon təşkilatı mütəmadi tədbirlər keçirir və bu tədbirlər il ərzində də davam edəcəkdir. YAP Xızı rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Ayaz Quliyev qeyd edib ki, hazırda ərazi partiya təşkilatlarının sayı 36, üzvlərinin sayı 1755 nəfərə çatıb.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov tədbirdə çıxış edərək bildirib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.
Tədbirdə, həmçinin YAP Xızı rayon təşkilatı Icra Hakimiyyəti Ərazi Partiya Təşkilatının sədri Namiq Quliyev və YAP Xızı rayon təşkilatı Təhsil Şöbəsi Ərazi Partiya Təşkilatının sədri Zaur Zeynallı çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə qalib və qüdrətli ölkəyə çevrilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib və xatirə şəkli çəkilib .
Keçidlər