Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib.

16 oktyabr 2026 | 17:19
 
16 Oktyabr tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitqdən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı Rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbər şəxsləri, ağsaqqallar şurasının sədri, təhsil və səhiyyə işçiləri, bələdiyyə sədrləri,rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müşavirədə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov geniş məruzə ilə çıxış edərək Azərbaycanın müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, ölkənin beynəlxalq nüfuzunun artırılması, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib, ölkənin iqtisadi potensialı və müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə güclənib.
Xəzər Aslanov çıxışında əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması, sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması istiqamətində görülən işlərə toxunub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrinin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, milli-mənəvi dəyərlərin qorunmasının, milli həmrəyliyin və dövlətçilik düşüncəsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Rayon rəhbəri gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin, uşaqların və gənclərin zərərli kənar təsirlərdən qorunmasının mühüm vəzifələrdən biri olduğunu bildirib. İdeoloji və maarifləndirmə işinin formal xarakter daşımamalı, konkret nəticələrə yönəlməli olduğunu vurğulayıb. Bu istiqamətdə təhsil müəssisələrinin, dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, ziyalıların və ağsaqqalların birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib. Xəzər Aslanov Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərdən irəli gələn vəzifələrin ardıcıl və məsuliyyətlə yerinə yetirilməsinin hər bir dövlət qurumunun və cəmiyyət üzvünün qarşısında duran əsas vəzifələrdən olduğunu bildirib.
Çıxışının sonunda rayon rəhbəri müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli birlik və həmrəyliyin gücləndirilməsi, ölkənin davamlı inkişafının təmin olunmasının ümumi məqsəd olduğunu vurğulayaraq hər kəsi üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çağırıb.
Müşavirədə çıxış edən Xızı Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev, əməkdar müəllim Svetlana Rüstəmova, Rayon ziyalısı Arif Nağıyev, Xızı Peşə məktəbinin direktor əvəzi İlahə Abbaslı, Xızı rayonu Yeni Yaşma kənd tam orta məktəbinin direktoru Tural Fərəcov, Xızı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim-oftalmoloqu Elnarə Cümşüdlü, Xızı şəhər tam orta məktəbin direktor müavini Zaur Zeynallı Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətini vurğulayaraq müzakirə olunan məsələlər və Qurultaydan irəli gələn vəzifələrlə bağlı öz fikirlərini bildiriblər.
Keçidlər