Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü Xızı rayonunda böyük coşqu ilə qeyd edilib

08 noyabr 2023 | 17:53

Noyabr ayının 8-də Respublikanın hər yerində olduğu kimi  Xızı rayonunda da Zəfər Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirildi. İlk öncə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, YAP Xızı rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmiş, yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz  xatirəsini ehtiramla yad etmişlər.

Sonra Heydər Əliyev Mərkəzinin qarşısında 8 noyabr Zəfər Günü münasibəti ilə tədbir keçirilmişdir. Bayram tədbirində vətənpərvərlik ruhunda yazılmış mahnılar səsləndirilmiş, konsert tədbir iştirakçıları tərəfindən yüksək coşqu ilə qarşılanmışdır.

Keçidlər