Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda 9 may-II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar bayram tədbiri keçirilmişdir

07 may 2019 | 16:00

    Hər il olduğu kimi bu il də Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. 07.05.2019-cu il tarixdə saat 15.00-da Xızı rayonu Tıxlı kəndi, BVM-də həlak olan əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidənin önündə 9 may "Faşizm üzərində Qələbə günü" nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilatların kollektivləri,  rayon ictimaiyyəti iştirak etmişdir. Tədbir iştirakçıları abidənin önünə tər gül dəstələri qoymuşlar. Tədbir RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanovanın giriş nitqindən sonra  rayon məktəblilərinin hazırladığı ədəbi-bədii hissə ilə davam etmişdir.

 

 

Keçidlər