Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xızıda məktəblilərin yolasalma mərasimi olub.

13 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarına tur-aksiyaları təşkil olunur.
  “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində 13 noyabr  2019-cu il tarixdə Xızı rayon  məktəblilərinin Qəbələ-Şəki-Zaqatala istiqamətinə  yolasalma mərasimi olmuşdur.

 

 

 

Keçidlər