Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus təcrübəsi həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.

20 may 2020 | 16:00

Bütün dünyanı cənginə alan koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətli addımlar atılır. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir.  Bu baxımdan Azərbaycan dövlətinin, onun rəhbəri möhtərəm İlham Əliyevin bu yöndə gördüyü qabaqlayıcı tədbirlər əvvəldən istiqamətin düzgün müəyyənləşdirildiyini sübut edir. Azərbaycan xalqının möhtəşəm yüksəliş və inkişafı Cənab Prezidentimiz üçün onun fəaliyyəti dövründə həmişə başlıca amal və müqəddəs bir vəzifə olmuşdur. Bu mənada tüğyan edən koronavirus xəstəliyi ilə bağlı onun atdığı addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə əlaqədar Pandemiyaya Dəstək Fondunun və Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, mövcud tibbi müəssisələrin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, yaxın zaman kəsiyində müasir modul tipli xəstəxanaların istifadəyə verilməsi, səhiyyə işçilərinin əmək haqlarının artırılması, pandemiya dövründə işə gələ bilməyən işçilərin əmək haqlarının saxlanılması, imkansız ailə və şəxslərə maddi və maliyyə yardımının göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhalinin sağlamlığının qorunması üçün karantin rejiminin tətbiqi, xüsusən də müntəzəm olaraq bu istiqamətdə əhaliyə yönəlik müraciət və çağırışların edilməsi insanlarımız tərəfindən çox böyük diqqət, rəğbət, əsl humanizmin bir nümunəsi olaraq qarşılanmış və çətin çağlarda sosial həmrəyliyin cəmiyyətdən ötrü böyük əhəmiyyət daşıdığını bir daha təsdiq etmişdir.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, pandemiya dövründə bizim üçün ən önəmli məsələ məhz vətəndaşlarımızın sağlamlığı və onların sosial müdafiəsidir. Bu amal bütövlükdə cənab İlham Əliyevin 2003-cü ildən bəri həmişə başlıca fəaliyyət prinsipi olmuşdur. Bu dövrün çətinliklərini aradan qaldırmaq üçün vətəndaş məmur münasibətləri ilə yanaşı sahibkar və vətəndaş münasibətləri də şəffaf olmalıdır.
Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi.
Koronavirus təcrübəsi belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi. Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək. Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.

Keçidlər