Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda YAP Xızı rayon təşkilatına təyin olunmuş sədrin təqdimatı keçirildi.

10 fevral 2022 | 16:00

10 fevral 2022-ci il tarixdə  Xızı  rayon İcra  Hakimiyyətinin inzibati binasında  Yeni  Azərbaycan Partiyasının İdarə heyətinin 28 yanvar  2022- ci il tarixli  qərarı ilə  YAP  Xızı rayon təşkilatına sədr təyin olunmuş Ayaz Quliyevin təqdimatı keçirildi.
    İclasa sədrlik  edən  Xızı rayon  İcra  Hakimiyyətinin  başçısı cənab Xəzər  Aslanov  Ayaz  Quliyevin  əmək  fəaliyyəti  haqqında  ətraflı  məlumat  verdi.
   YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev bu təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan cənab İlham Əliyevə öz təşəkkürünü və minnətdarlığını bildirdi. O,qeyd etdi ki, bundan sonra da partiyamızın verdiyi bütün tapşırıqları layiqincə yerinə yetirəcək və cənab İlham Əliyevin apardığı uğurlu siyasəti rayon sakinləri arasında yüksək səviyyədə təbliğ edəcək.

Keçidlər