Xızı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Novruz bayramı ərəfəsində Vətən müharibəsində şəhid olanların ailələrini və döyüşlərdə yaralanan qaziləri evlərində ziyarət edib, onlara mənəvi dəstək olub, qazilərin müalicələri ilə maraqlanıb, ailələrə bayram sovqatı çatdırıblar.
Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsi olduğu, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb.