Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Ulu Öndərin əziz xatirəsi yad edildi

10 may 2016 | 16:00

10 may 2016-cı il tarixində Xızı rayonunda Heydər Əliyev parkında  Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə gülqoyma mərasimi keçirildi.
Mərasimdə Xızı Rayon İcra Hakimiyyəti başçısı cənab Xəzər Aslanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanları, səhiyyə, mədəniyyət, təhsil işçiləri və digər idarə və müəssisələrin kollektivləri, eləcə də rayon ictimaiyyəti iştirak edirdilər.
   İlk öncə Xızı Rayon İcra Hakimiyyəti başçısı cənab Xəzər Aslanov və Şura üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.
   Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, mərasimə toplanmış ictimaiyyət nümayəndələri ardıcıl olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
   Mərasimdən sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ümumrayon iməciliyi keçirilmişdir.
  Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun  idarə, müəssisə, təşkilatlarının kollektivləri və sakinlərin iştirakı ilə Xızı rayonunun Giləzi qəsəbəsində, avtomobil yollarının kənarlarında abadlıq və yaşıllaşdırma işləri aparılmış, 3200 ədəd həmişəyaşıl ağac, həmçinin gül və bəzək kolları əkilmişdir.

Keçidlər