Şriftin ölçüsü :

Saytın rəngi :

"Novruz" bayramı Xızı rayonunda da qeyd edilmişdir.

19 mart 2018 | 16:00

   Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.

   Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

  Respublikanın istənilən bölgəsində  Baharın gəlişi ilə hər il olduğu kimi bu il də geniş tədbirlər təşkil edilmişdir. O cümlədən Xızı rayonunda da Novruz bayramı ilə əlaqədar geniş bayram tədbiri təşkil edilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, Rayon İcra Hakimiyyətinin kolliktivi, hüquq-mühafizə orqanları, rayonun idarə,müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri iştirak edirdilər.

   Bayram şənliyində Novruz bayramının qədim zamanlardan mövcud olan atributları ilə bərabər qədim adət-ənənələri, milli folklor nümunələri və xalq  oyunlarını özündə əks etdirən maraqlı proqram tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı. Kəndirbazların çıxışları, milli idman növlərinin nümayişi, milli mətbəximizə aid olan təamlar və şirniyyatlar, kosa və keçəlin məzhəkələri xüsusi rəğbətlə qarşılandı. Tədbirin sonunda bayram konserti keçirildi.

Keçidlər