Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda 9 noyabr "Bayraq günü" ilə əlaqədar tədbir keçirilmişdir

08 noyabr 2018 | 16:00

Müstəqil Azərbaycan Respublikasınn əsas rəmzlərindən biri olan Dövlət Bayrağımızın 100 yaşı tamam olur. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli qərarı ilə təsdiq edilmiş üçrəngli, ay ulduzlu milli bayrağımız elə həmin gün hökümət binasının üzərində dalğalanmışdır. Azərbaycan Xalq Cumhuriyyəti höküməti və Azərbaycan xalqı milli bayrağımızın şərəfini israrla müdafiə etmiş, onun beynəlxalq aləmdə tanınmasına nail olmuşdular. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmuş, üçrəngli milli bayrağımız Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin rəmzi kimi qadağan edilmişdi. Bununla belə xalqımız milli bayrağımıza məhəbbətini itirməmiş, onu göz bəbəyi kimi qorumuşdur. Hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə 1990-cı ilin noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Xalq Cumhuriyyəti dövründə qəbul olunmuş üçrəngli milli bayrağımızı Dövlət Bayrağı kimi qəbul etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının  Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu qazanmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən hər il noyabrın 9-da  ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur.

Dövlət bayrağı günü ilə əlaqədar olaraq Xızı rayonunun Heydər Əliyev Mərkəzinin Konfrans zalında da tədbir təşkil olunmuşdur. İlk olaraq dövlət himni səsləndirilmişdir.  Daha sonra Xızı RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov öz çıxışı ilə tədbiri açıq elan edərək bayrağımızın yaranmasının tarixi keçmişinə nəzər salmışdır. Digər çıxışçılar da bayraq günü ilə bağlı öz çıxışlarını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Sonda isə Xızı rayon məktəblilərinin ifasında kompozisiya səsləndirilmişdir.

 

Keçidlər